| Flash Group Logistics

FGL ilə innovativ logistika dünyasına xoş gəlmişsiniz! Biz xidmət səviyyəsinin keyfiyyətinə və effektivliyə diqqət yetirərək, yüklərin səmərəli daşınması üçün qabaqcıl həllər təklif edirik. Bizimlə sizin biznesiniz daha çevik, rəqabətədavamlı və müasir bazarın çağırışlarına hazır olacaq.

Bizim missiyamız - yüksək keyfiyyətli logistika xidmətləri göstərək, təchizat zəncirinin hər mərhələsinə innovasiya və optimallaşdırma gətirməklə müştərilərin etibarlı tərəfdaşı olmaqdır. Biz prosesləri sadələşdirməyə və müştərilərimizin bizneslərinin səmərəliliyini artırmağa, onların inkişafında yeni zirvələrə çatmağa kömək etməyə çalışırıq.

Strategiyamız logistika sahəsində mükəmməlliyə və innovasiyaların daimi axtarışa əsaslanır. Biz yükdaşımaların, anbar əməliyyatlarının və gömrük rəsmiləşdirilməsinin optimal idarə edilməsini təmin etmək üçün ən son texnologiyaları və prosesləri fəal şəkildə tətbiq edirik. Bizim yanaşmamız çeviklik, etibarlılıq və hər bir müştəriyə fərdi qaydada yanaşmağa əsaslanır.

| Xidmətlərimiz

Biz bütün nəqliyyat növlərini əhatə edən hərtərəfli logistik həllər təklif edirik. İstər beynəlxalq hava daşımaları, istər avtomobil yolu ilə etibarlı çatdırılma, istər effektiv dəniz daşımaları, istərsə də dəmir yolu daşımaları tələb olunsun, biz sizə optimal həlli təqdim etməyə hazırıq. Şirkətimiz yüksək səviyyəli xidmət, hər bir müştəriyə çevik yanaşma və rəqabətədavamlı qiymətlər təqdim edərək dünyanın aparıcı daşınma şirkətləri ilə əməkdaşlıq edir. Etibarlılıq, operativlik və peşəkarlıq işimizin əsas prinsipləridir.

  • Hava yolu daşımaları

  • Avtomobil daşımaları

  • Dəniz yolu daşımaları

  • Multimodal daşımalar

  • Dəmir yolu daşımaları